EN

Azərbaycan beynəlxalq axtarışda olan tacikistanlını təhvil verdi


Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən, barəsində beynəlxalq axtarış elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Chosen
28
50
yeniavaz.com

10Sources