EN

Rusiyada işləyən azərbaycanlıların diqqətinə - Sentyabrın 1-dən...

Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlara yeni məhdudiyyətlər tətbiq olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Yeni qaydalara əsasən, patentlə çalışan miqrantlar artıq topdan və pərakəndə ticarət, eləcə də nəqliyyat vasitələri və motosikletlərin təmiri sahəsində işləyə bilməyəcəklər.

Bununla belə, onlara tikinti sektorunda işləməyə icazə veriləcək.

Qeyd edək ki, son 5 il ərzində Yamalda miqrantların sayı azalıb. Bu, ilk dəfə deyil ki, onlar üçün məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Məhdudiyyətlərin birinci hissəsi aprelin 28-də, ikinci hissəsi isə iyunun 1-də təqdim edilib. Ən əhəmiyyətlisi bu il sentyabrın 1-də qüvvəyə minəcək.

Aysel Əkbər
Milli.Az 

Chosen
69
12
milli.az

10Sources