Ağ Ev Ukrayna rəsmilərindən prezident Volodimr Zelenskinin Oval kabinetdə prezident Trampla görüşündə kostyum geyinib-geyinməyəcəyini soruşub.
News24.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.
“Əgər Zelenski bu gün kostyum və qalstukda görünsəydi, bu, sülh nişanəsi olardı. Amma biz onun belə geyinəcəyini gözləmirik”, — Trampın müşaviri nəşrə bildirib.
Ukrayna prezidentinin bu gün Ağ Evə, iyun ayında Niderlandda keçirilən NATO sammitində geyindiyi qara gödəkçə ilə gələcəyi gözlənilir.