EN

Azərbaycanın qeyri-neft ixracı 2025-ci ilin ilk 7 ayında 2 milyard dolları ötüb

Finss.az - İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı 2 milyard 87,9 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.

Cari ilin iyul ayında isə qeyri-neft ixracı 333,9 milyon dollar olub. Bu, illik müqayisədə 20 faiz artım deməkdir.

Mütəxəssislər bu artımı qeyri-neft sektorunda aparılan islahatlar, ixracatçılara göstərilən dəstək və dünya bazarında Azərbaycanın mövqeyinin güclənməsi ilə əlaqələndirirlər.

AZPROMO qeyd edir ki, qeyri-neft sektorunda əsas ixrac məhsulları kənd təsərrüfatı məhsulları, kimya sənayesi malları, metallurgiya və qida sənayesi məhsullarıdır.

Əlavə bax: Azərbaycanda yonca sahələrinin sığortalanmasına start verildi – Şərtlər və qiymətlər

 

Chosen
38
50
fins.az

10Sources