EN

Artıq Azərbaycana idxal olunan minik avtomobillərinin yarısı hibrid və plagin-hibrid modellərdir

2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana 1 milyard 170 milyon 991 min dollar dəyərində 63 min 401 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə say ifadəsilə 12 min 222 ədəd və ya 23,9%, məbləğ ifadəsilə 227 milyon 199 min dollar və ya 24% çoxdur. 

İdxal olunan minik avtomobillərinin sayı ötən ilin 7 ayında 46 min 17 ədəd ikən, 2025-ci ilin 7 ayında 58 min 44 ədəd təşkil edib (12 min 27 ədəd və ya 26 faiz artıb).

O cümlədə, bu ilin bu ilin 7 ayında Azərbaycana 31 min 138 ədəd hibrid (hybrid), plagin-hibrid (Plug-In Hybrid) və tam elektrik (elektromobil) nəqliyyat vəasitəsi idxal olunub. Bu rəqəm ötən ilin 7 ayında 14 min 860 ədəd idi (2,1 dəfə artıb). 

2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana idxal olumuş minik avtomobillərinin 54 faizini hibrid, plagin-hibrid və tam elektrik nəqliyyat vasitələri, 34 faizini plagin-hibrid avtomobillər təşkil edib. 

hibrid plagin-hibrid tam elektrikavtomobilidxal
Chosen
81
21
marja.az

10Sources