EN

Bu il neçə nəfərə elmlər doktoru elmi dərəcəsi verilib?

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə statistika açıqlanıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanına Ali Attestasiya Komissiyasının yaydığı məlumata görə, bu dövr ərzində elmlər doktoru elmi dərəcəsi ən çox filologiya sahəsində verilib. Belə ki, filologiya üzrə səkkiz nəfər bu adı alıb.

İkinci sırada isə tibb və texnika elmləri gəlir, bu sahələrin hər biri üzrə 7 nəfərə elmlər doktoru adı verilib.

Ən az elmi ad verilmiş sahələr isə astronomiya (1 nəfər), milli təhlükəsizlik və hərbi elmlər (1 nəfər) üzrə olub.

Elmlər doktoru elmi adının verilməsindən ən çox imtina isə kimya və texnika elmləri olub. Bu sahələrin hər biri üzrə 3 nəfərə elmi adın verilməsindən imtina edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
35
www.bakupost.az

10Sources