EN

Prezident İlham Əliyevin regionda sülh və normallaşma strategiyası Böyük Britaniya mətbuatında

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri “The Telegraph”da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesindəki tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub. SİA xəbər verir ki, məqalədə ölkəmizin Londondakı səfiri Elin Süleymanov uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin artıq yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, onun uzaqgörən strategiyası bölgədə normallaşma və əməkdaşlıq üçün real zəmin formalaşdırıb.

Məqalədə, həmçinin vurğulanıb ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan tarixi sənəd Azərbaycan və Ermənistan arasında yeni səhifə açıb. ABŞ-ın 907-ci düzəlişi ləğv etməsi isə Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Bildirilib ki, SOCAR ilə “ExxonMobil” arasında imzalanan sənəd əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirib.

Yazıda, eyni zamanda, vurğulanır ki, Azərbaycan və Ermənistanın birgə müraciətlə ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvini istəməsi, region xalqlarının öz gələcəklərini kənar diktələrlə deyil, öz iradələri ilə müəyyən etmək əzmini nümayiş etdirir.

Digər diqqətçəkən məqam isə, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən dəstəklənməsidir. Müəllif bunu simvolik addım kimi dəyərləndirərək yazır ki, Nobel mükafatının Bakıya bağlılığı heç kimin yadından çıxmamalıdır. Vaxtilə Nobel qardaşları məhz Bakıda neftdən əldə etdikləri gəlirlər hesabına bu mükafatı təsis etmişdilər. Bu baxımdan, Trampın Nobel Sülh Mükafatına namizədliyi həm tarixi, həm də mənəvi cəhətdən bölgəmizlə bağlılıq daşıyır.

Məqalənin sonu belə yekunlaşır: “Bu gün Qafqaz xalqları üçün real şans var – düşmənçiliyi arxada qoyaraq əməkdaşlıq və inkişaf yoluna çıxmaq. Prezident İlham Əliyevin strategiyası bölgədə sabitlik, rifah və dayanıqlı gələcək üçün möhkəm təməl yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
50
sia.az

10Sources