EN

Məhşur saat firması irqçi jestinə görə üzr istədi

Ajans.az Swatch şirkətinə istinadən xəbər verir ki, hadisə ilə bağlı bütün materiallar dünyada dərhal silinib. Məsələyə səbəb olan reklamda, Swatch Essentials kolleksiyasını təqdim edən Asiya əsilli kişi modelin barmaqları ilə göz qapaqlarını yuxarı və geri çəkməsi əks olunub. Bu jest beynəlxalq mediada alçaldıcı və irqçi hərəkət kimi qiymətləndirilib. Swatch rəsmi İnstaqram hesabında paylaşaraq, “səbəb ola biləcək hər cür anlaşılmazlıq və ya narahatlıq üçün səmimi qəlbdən üzr istəyirik” açıqlamasını yayıb və məsələyə böyük əhəmiyyət verdiyini vurğulayıb. İsveçrənin ictimai yayımı SRF xəbər verib ki, üzrxahlıq həmçinin Çinin Weibo sosial şəbəkəsində də Çin və ingilis dillərində yerləşdirilib.

 

Chosen
93
31
Ajans.az

10Sources