EN

Alimlər yaşlanmağın qarşısını ala bildi

ain.az, Saglamolun saytına istinadən bildirir.

ALİMLƏR: “QOCALMA QAN VASİTƏSİLƏ YAYILIR”

Cənubi Koreyalı alimlər qocalmanın qan vasitəsilə bütün orqanizmə yayıldığını sübut etdi. Tədqiqat Metabolism – Clinical and Experimental jurnalında dərc olunub.Koreya Universitetinin (Korea University) tədqiqatçıları qocalmanın yalnız hüceyrələrin tək-tək aşınması deyil, qan vasitəsilə bütün bədənə yayılan sistemli bir proses olduğunu müəyyən edib.Aparılan araşdırmalarda məlum olub ki, ReHMGB1 adlı xüsusi zülal yaşlanan hüceyrələrdən qan dövranına daxil olaraq digər toxumalarda da qocalma proseslərini başladır. Bu, orqanizmin bərpa qabiliyyətini zəiflədir, iltihabı artırır və orqan funksiyalarının nizamnını pozur. Lakin bu zülalı neytrallaşdıran xüsusi anticisimlər tətbiq edildikdə, laboratoriya siçanlarında qocalma əlamətləri azalıb, əzələ toxumasının bərpası sürətlənib və fiziki aktivlik artıb.Bu kəşf gələcəkdə yaşlanma ilə mübarizə və yaşla bağlı xəstəliklərin qarşısının alınması üçün yeni terapiyaların hazırlanmasına yol aça bilər? Deyə alimlər bildirir.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
8
saglamolun.az

10Sources