EN

İlham Əliyev Slovakiyaya rəsmi səfərə dəvət olunub

Missiya.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya rəsmi səfərə dəvət olunub.

Missiya.Az xəbər verir ki, bunu Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Elçin Qasımov etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edərkən deyib.

Diplomat, öz növbəsində, Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş edib. Dövlət başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
50
missiya.az

10Sources