ain.az, Unikal.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
"Unikal"ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib.
Qeyd edək ki, general-mayor Babək Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Nəbiyev və polkovnik Azər Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.