EN

Tramp: “Genişmiqyaslı islahatlar olacaq”

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerika lideri bu təcrübənin köhnəldiyini və onun irimiqyaslı saxtalaşdırmalara şərait yaratdığını bildirib. “Mən poçtla səsverməni dayandırmaq üçün hərəkata rəhbərlik edəcəyəm. Habelə, bir halda ki, bu barədə danışırıqsa, dəqiq və etibarlı sayılan su nişanı olan kağız bülletenlərdən on dəfə baha başa gələn çox qeyri-dəqiq, çox bahalı və şübhəli avtomatik səs sayma maşınlarından imtina edəcəyik. Onlar su nişanı olan kağız bülletenlərdən on dəfə baha başa gəlir, halbuki bu bülletenlər dəqiqliyi və etibarlılığı təmin edirlər”, - ABŞ prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, su nişanı olan kağız bülletenlər günün sonuna kimi seçkidə kimin qalib, kimin uduzduğunu dəqiq müəyyən etməyə imkan verir. Tramp diqqətə çatdırıb ki, “ABŞ dünyada hələ də poçtla səsvermədən istifadə edən yeganə ölkədir”, digər ölkələr isə saxtakarlıq risklərinə görə ondan imtina ediblər. Prezidentin sözlərinə görə, islahatlar üzrə iş 2026-cı ildə Konqresə aralıq seçkilərində şəffaflığın təmin edilməsinə yönəlmiş sərəncamın imzalanması ilə başlayacaq. - Özlüyündə dəhşətli bir fəlakət olan poçtla səsvermə və səsvermə maşınlarından istifadə ilə bağlı saxtakarlığa dərhal son qoyulmalıdır”, - Ağ Evin rəhbəri vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
50
azvision.az

10Sources