EN

Vaqif Sadıqov: Oyundan oyuna daha fərqli Neftçi görəcəyik

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Oyunun bu səviyyədə keçəcəyini gözləmək olardı". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. 66 yaşlı mütəxəssis Misli Premyer Liqasının I turunda keçirilmiş "Neftçi" - "Şamaxı" matçı (1:1) ilə bağlı fikirlərini bölüşüb:"Əvvəlki mövsümdəki oyumları izləsək, görərik ki, hər iki komandanın arasındakı gərginlik qarşılaşmanın sonunadək qalır. Limitin ləğvindən sonra komandaların hansı səviyyədə olacağını görmək maraqlı idi. İlk qarşılaşma olduğu üçün çox danışmağa ehtiyac yoxdur. Amma onu deyə bilərəm ki, hər iki kollektivdə müsbət dəyişiklər hiss edilirdi. "Neftçi" və "Şamaxı" iddialıların sırasında olmaqla çempionatda rəng qatacaqlar".Sadıqov "Neftçi"də hansı çatışmazlıqları gördünüz" sualını bu cür cavablandırıb: "İlk matçda bundan danışmayaq. Kimsə fikirləşə bilər ki, yeni transferlərlə bütün məsələlər həll olunur. Hər işdə zamana ehtiyac var. Bu da vaxt aparacağıq. Amma "Neftçi"də futbolçuların keyfiyyəti hiss olunurdu. Bu keyfiyyətləri vahid sistemə və komanda oyununa yönəltmək vacibdir. Bunun üçün də vaxta ehtiyac olacaq. Oyundan-oyuna daha fərqli "Neftçi" görəcəyik. İnanıram ki, mövsümün sonunadək Premyer Liqada intriqa və rəqabət davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
50
sport24.az

10Sources