Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmiməlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətindəxırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqradvilayətlərində və Mərakeşin Fes-Meknes regionunda, XorvatiyanınPrimorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorskabölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiməlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdənqorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, həmininzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin“Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq,agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət GömrükKomitəsinə müraciət olunub.