EN

Ukrayna ordusu iki həftəyə 6 kəndi azad etdi

Avqustun 4-dən 17-dək Ukrayna Silahlı Qüvvələrinin və “Azov” qvardiyasının hissə və bölmələrinin birgə tədbirləri nəticəsində Donetsk vilayətində Qruzkoye, Rubejnoye, Novovodyanoe, Petrovka, Vesyoloye, Zolotoy Kolodeç yaşayış məntəqələri azad edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatlar nəticəsində rus ordusunun 984 hərbçisi məhv edilib, 355 nəgər yaralanıb, 37 nəfəri isə əsir götürülüb:

“Bu müddət ərzində düşmənin 11 tankı, 8 zirehli maşını, 112 ədəd müxtəlif avtomobil və texniki vasitəsi, 1 ədəd RYAS, 22 top və 106 ədəd müxtəlif tipli PUA-sı məhv edilib”. /axar.az/

Chosen
42
2
turkustan.az

10Sources