EN

"Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər" - Svetlana Qrinçuk


Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır. Bu sözləri Ukraynanın energetika naziri Svetlana Qrinçuk “RBC-Ukrayna”ya şərhində deyib.

“Hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlanarsa, 2025-ci ildə tədarükləri davam etdirəcəyik”, - deyə Qrinçuk bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyanın son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları fonunda hərbi risklər mövcuddur.

May ayında məlum olub ki, Ukrayna yeni marşrutla böyük həcmdə qaz ala biləcək. Bu, Enerji və Kommunal Təsərrüfatların Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyanın (NKREKU) Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.

İyulda Ukraynanın “Naftogaz” şirkəti Azərbaycan qazının idxalına dair ilk müqaviləni SOCAR ilə imzalayıb.

Söhbət kiçik qaz həcmlərindən gedir, lakin “Naftoqaz”ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın daha da genişləndirilməsi üçün strateji addımdır.

Sınaq qaz tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.

Chosen
91
23
baki-xeber.com

10Sources