İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. -48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.