EN

Paytaxtda torpaq bazarı alovlanır - Ən bahalı rayonlar - CƏDVƏL

  Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Referans xəbər verir ki , bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda bir sot torpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 29% çoxdur.

Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 206 620 manata bərabər olub (illik müqayisədə 26% çox).

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+ 14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.

Ötən ay bir sot torpağın orta qiyməti Xətai rayonunda 237 321 manat (+ 12%), Nizami rayonunda 65 233 manat (+ 19%), Binəqədi rayonunda 55 830 manat (+ 14%), Sabunçu rayonunda 47 191 manat (+ 10,8%), Xəzər rayonunda 26 570 manat (+ 12%), Suraxanı rayonunda 25 970 manat (+ 10%), Qaradağ rayonunda 15 213 manat (+ 7%), Pirallahı rayonunda isə 9 266 manat (+ 8%) olub.

Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin iyul ayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.

Ümumilikdə, Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət yüksəlişi göstərib, xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv artım baş verib.

BAKI ŞƏHƏRİNİN RAYONLARI ÜZRƏ TORPAQ SAHƏSİ QİYMƏTLƏRİNİN ÇƏKİLİ ORTA İLƏ DƏYİŞİLMƏSİ TRENDLƏRİNƏ DAİR CƏDVƏL

Rayonlar
Torpaq sahəsi 2024-cü il iyul ayı üzrə orta qiyməti
Torpaq sahəsi 2025-ci il iyul ayı üzrə orta qiyməti
Torpaq sahəsi 2024 İyul 2025 İyul Artım faizi
Nizami rayonu
54915,0
65233,9
19%
Binəqədi rayonu
48858,6
55830,5
14%
Yasamal rayonu
164502,2
206620,4
26%
Xətai rayonu
211124,9
237321,9
12%
Suraxanı rayonu
23567,8
25970,6
10%
Səbail rayonu
335251,8
431743,5
29%
Sabunçu rayonu
42577,2
47191,5
10,8%
Qaradağ rayonu
14201,7
15213,8
7%
Pirallahı rayonu
8574,9
9266,3
8%
Nəsimi rayonu
247309,5
298028,6
21%
Nərimanov rayonu
266407,3
302671,5
14%
Xəzər rayonu
23763,8
26570,2
12%  

Chosen
55
30
referans.az

10Sources