“Barselona”nın hücumçusu Robert Levandovski klubda gözləniləndən daha uzun müddət qala bilər.
Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, klub rəhbərliyi müqavilədəki şərtdən istifadə edərək, anlaşmanın müddətini 2027-ci ilin yayına qədər uzada bilər. Hazırda bu variant real hesab olunur.
Polşalı forvardın hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq. Əvvəllər 2025/26 mövsümünün onun “Barselona”dakı son mövsümü olacağı ehtimal edilirdi.
Levandovski avqustun 21-də 37 yaşını qeyd edəcək. O, “Barselona”nın heyətində indiyədək bütün turnirlərdə 147 oyuna çıxaraq, 101 qol vurub və 20 məhsuldar ötürmə verib.