EN

“Qəzza hadisələri Qərbdə İsrailə münasibəti dəyişib” – Tural İsmayılov

“Son aylarda İsrailə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Xüsusilə Qəzza hadisələri Qərbdə ictimai rəyin istiqamətini dəyişib. Əvvəllər tam dəstək göstərilən ölkələrdə belə indi tənqidi yanaşmalar artır. Avropanın bir çox şəhərində keçirilən aksiyalar bunun bariz nümunəsidir. İnsanlar İsrailin hərbi addımlarının dayandırılmasını tələb edirlər. Bu vəziyyət hökumətlərin mövqeyinə də dolayı təsir göstərir. İctimai rəy gücləndikcə, siyasətçilərin mövqeləri də dəyişməyə başlayır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, İsrailə qarşı beynəlxalq müstəvidə mövqelərin dəyişməsi diqqətdən yayınmır və aparılan müxtəlif sorğular göstərir ki, hətta ənənəvi olaraq İsrailə daha tolerant yanaşan xristian ölkələrində belə Qəzza hadisələri fonunda Təl-Əvivə münasibət əvvəlki dövrlərlə müqayisədə daha kəskin şəkildə mənfi istiqamətdə formalaşır.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ hələlik ənənəvi dəstəyini qoruyur, lakin Avropada fərqli mənzərə yaranıb.

“Orada həm parlamentlərdə, həm də mətbuatda tənqidi yanaşmaların sayı artır. Gələcəkdə bu prosesin daha da güclənməsi mümkündür. Xüsusilə Qəzzada vəziyyət uzun müddət davam edərsə, İsrailə qarşı təzyiqlər artacaq. Bu təzyiqlər həm diplomatik, həm də iqtisadi vasitələrlə özünü göstərə bilər. Beynəlxalq təşkilatlarda qəbul edilən qərarların sayının çoxalacağı da istisna deyil. Nəticədə, İsrail üçün yeni bir mərhələ başlayır. Bu mərhələ daha çox sual və daha çox izah tələb edir. Əgər Tel-Əviv vəziyyəti idarə etməkdə çətinlik çəksə, beynəlxalq təzyiqlər qaçılmaz olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
34
9
aznews.az

10Sources