EN

Vicdanın susmasından daha betər VİCDANSIZLIQ Əkbər Qoşalı yazır

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Şəhidlər Xiyabanı — bir ulusun ürəyi, tarixin ruhu, gələcəyin irsi, qəhrəmanlığın ölməz abidəsidir. Burada hər addım bir qədirbilənlik, hər ağac köklü-köməcli bir yaddaşdır. Lakin nə yazıq, bu məkanın qutsallığı bir anlıq, səviyyəsizliyə, mədəniyyətsizliyə, yabançı mənəviyyatsızlığına tuş oldu.

Ərəb olduqları deyklən üç əcnəbi turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətləri və bu yaramaz hərəkətlərini arsızca videoya çəkmələri toplumun vicdanını silkələdi. O görüntülər sosial şəbəkələrdə yayıldı, toplumun haqlı hiddətinə səbəb oldu və sonuc etibarilə qanun qarşısında cavab verməkdədirlər. Amma məsələ təkcə hüquqi müstəvidə deyil — bu hadisə həm də bir ulusun qutsallarına toxunmağın necə ağrılı olduğunu bir daha göstərdi.

Qonaqpərvərlik gələnəyimizin və dövlət turizm siyasətinin özülü apaydındır: biz dünyaya qapılarımızı açırıq, öz ulusumuza güvənirik və qürur duyuruq. Ancaq hər bir qonaq anlamalıdır ki, burada, övladlarını Vətən uğrunda itirmiş bir ulusun ziyarətgahındadır. Bu məkan əyləncə yeri deyil, ulusun gözünün yaşı, ruhunun dirəyi, yaddaşının qutsal səhifəsidir.

Burada sorumluluq həm turistin, həm də ictimai şüurun üzərinə düşür. Maarifçilik, milli-mənəvi təbliğat, mədəniyyət kodlarımızın tanıdılması — hamısı birgə işimizdir. Çünki yadın sayğısızlığı bir tərəfə, özümüzün də edə biləcəyimiz işlər vardır.Lap Şəhidlər Xiyabanı deyil, hər hansı bir qəbristanlıqdır, insanoğlu özünü necə aparmalı olduğunu bilməzmi? Ərəboğlu ol, kim olursan ol, bəyəm, sənin ölün-dirin, qəbristanlığın, mədəniyyətin olmazmı ola? Bir neçə yaramaz bədəviyə görə onların ölkəsini və ya bütün ərəbləri qınamaq kimi bir niyyətimiz yoxdur; ancaq o harınlara ümumvətəndaş pasportu verən dövlətin Azərbaycandakı Böyükelçiliyi bir açıqlama yaya bilər yaxud Şəhidlər Xiyabanına nəcabət ziyarətində buluna bilər. Mən diplomat deyiləm amma hesab edirəm, bir müsəlman ölkəsinin Böyükelçiliyində Şəhidlər Xiyabanının və hətta hər hansı qəbristanlığın anlamını, mahiyyətini bilməmiş deyillər. Ümumən, qəbrlərə münasibətdə əxlaqlı davranmaqçün nəinki müsəlman olmaq, ilk növbədə və ən əsası insan olmaq lazımdır, insan!

Sonuc aydındır: Həm yayılan görüntülər, həm də aparılan araşdırmalar əsasında həmin yaramaz turistlər sakinlərin gözü qarşısında saxlanılıblar — polis barələrində cinayət işi başladıb və məhkəməyə aparılıblar. Məhkəmə müəyyənləşdirəcək — görək, ərəblər içkilimi olublar, yoxsa, narkotika təsiri altındamı səyləyiblər və ya hansısa sifarişimi yerinə yetiriblər?.. Əgər bunlar deyilsə, yenə niyə belə bir qələt ediblər? — quzu-quzu ötəcəklər.

Şəhidlər Xiyabanı ulusun şəhadət qibləsidir. Onun qutsallığı toxunulmazdır. Kim bu sınırı aşarsa, həm qanun qarşısında, həm də ulus vicdanında cavab verəcəkdir. Bu gün Azərbaycan göstərdi ki, qutsalına toxunan heç kim cəzasız qalmayacaq. Qalmayacaq!

Şəhidlər ölmədi,Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
50
bakivaxti.az

10Sources