EN

ABŞ-ın Ermənistandakı hərbi attaşesi “Qartal tərəfdaşı-2025” hərbi təlimlərinə qatıldı... - FOTO

Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Attaşesi, polkovnik Metyu Krou Ermənistan Silahlı Qüvvələri və Kanzas Milli Qvardiyasının iştirakı ilə tibbi yardım mövzusunda keçirilən təlimdə iştirak edib.

Hafta.az xəbər verir ki,  bu haqda tert.am məlumat yayıb.

Tədbir “Qartal tərəfdaşı-2025” Ermənistan-Amerika hərbi təlimi çərçivəsində “Zar” təlim mərkəzində keçirilib. Bu barədə  mediaya ABŞ səfirliyi məlumat çatdırıb.

Təlimin sonunda ABŞ hərbçilərinin və onların hərbi texnikasının əsas xidmət məntəqəsinə qaytarılması planlaşdırılır.

Xatırladaq ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistanda “Qartal tərəfdaşı-2025” Ermənistan-ABŞ birgə hərbi təlimi keçirilir.

Chosen
231
20
hafta.az

10Sources