EN

Hakim partiyanın baş katibi: Gürcüstanda çevriliş planları var

Hakim “Gürcü Arzusu — Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, bir sıra ölkələr və təşkilatlar Gürcüstanda dövlət çevrilişi törətməyə çalışırlar. Onun sözlərini RIA Novosti yayıb.

Editor.az xəbər verir ki, Kaladzenin sözlərinə görə, son illərdə respublika ərazisində dəfələrlə bu cür cəhdlər olub.

“Bu ölkələr, konkret təşkilatlar, ‘qlobal müharibə partiyası’nı, ‘dərin dövləti’ təmsil edən şəxslər təbii ki, sakitləşməyəcəklər. Onlar ölkədə iğtişaşlar yaratmaq, dövlət çevrilişi təşkil etmək istəyirlər”, — deyə Kaladze jurnalistlərə bildirib.

O vurğulayıb ki, xarici qüvvələr bu yolla Gürcüstan dövlətçiliyinə qarşı mübarizə aparırlar. Kaladzenin sözlərinə görə, hökumət hazırda ölkənin vətəndaşlarının maraqlarını qorumaq uğrunda fəaliyyət göstərir.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan etmişdi ki, Qərb ölkələri respublikanı yalnız Rusiya ilə bağlı siyasətlərini həyata keçirmək üçün “ikinci cəbhə” kimi görürlər və yerli əhalinin taleyi onları maraqlandırmır.

//Samir Qurbanov, Editor.az

Chosen
23
5
editor.az

10Sources