EN

Paşinyan: Avqustun 8 dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edərək Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolu əvəzsiz olduğunu vurğulayıb.

APA xəbər veriri ki, Paşinyan öz müraciətində qeyd edib ki, Vaşinqton razılaşmalarından sonra, 30 ildən sonra Ermənistanın bütün komumikasiyaları açılır.

"Biz, Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sül – nə müharibə şəraitində yaşamışıq.

8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır."

Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir – sülh nədir, necə olur və necə görünür:

"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", – deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
50
apa.az

10Sources