EN

“Vaşinqton razılaşmaları nəticəsində Ermənistan təcrid vəziyyətindən çıxır” Paşinyan

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

“Ermənistanla Azərbaycan arasında yollar açılır. Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”, - siyasətçi deyib. Sezar pizza

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır.

“Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
50
yenisabah.az

10Sources