Əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Ajans.az xəbər verir ki, bu barədə Baza teleqtam kanalı məlumat paylaşıb. Məlumata görə, təhlükəsizlik qüvvələri bu ilin mart ayında Xəlilovun həkimə 330 min rubl pul köçürdüyünü iddia edir. Məbləğin bir hissəsi vasitəçi ilə, qalan 100 min rubl isə karta köçürülüb. Avqustun 16-da saxlanılan Xəlilov özü ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb. Hazırda o, həbsdədir. Onu 7 ildən 12 ilə qədər həbs və deportasiya gözləyir. Qeyd edək ki, o, ilk dəfə iyulun 1-də saxlanılıb.