EN

Kredit kartları azalır, əməliyyatların həcmi artır Səbəb nədir?

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Son bir ildə ölkədə istifadədə olan kredit kartlarının sayı 6,9% və ya 156 567 ədəd azalaraq 2 118 498-a enib.

Bu göstəricilər Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın verdiyi rəsmi açıqlamaya əsasən hazırladığı təhlildə öz əksini tapıb. 

Lakin bu kredit kartları ilə aparılan əməliyyatların həcmi isə cari ilin birinci yarısında rekord həddə çatıb. Cari ilin yanvar-iyun aylarında kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% və ya 0,99 milyard manat artaraq 4,94 milyard manata çatıb. Qeyd edək ki, ötən ilin birinci yarısında bu göstərici 3,95 milyard manata bərabər olub.

Aparılan təhlildən məlum olur ki, son bir ildə kredit kartlarının sayında azalma baş verib. Bu, hansı amillərlə bağlı ola bilər?

Valyuta.az-ın sualını cavablandıran ekspert Əkrəm Həsənov bildirib ki, bunun əsas səbəbi insanların daha çox tək kredit kartından istifadə etməsidir:

"Əvvəllər insanlar bir neçə bankdan kredit kartı götürürdü. İndi isə bir bankdan daha çox limiti olan kart götürməyə üstünlük verirlər. Bəzən isə bunu elə vətəndaşlara bank özü təklif edir. Bu zaman bank müştəriyə həm də kredit kartlarında daha çox limit, daha sərfəli faiz təklif edir. Buna görə də kredit məbləğləri artır, amma kredit kartlarının sayı azalır. Əsas səbəblərdən biri kimi bunu göstərmək olar”. 

"Banklar hansı müştəriyə daha çox limit ayırır?” sualına cavab olaraq isə ekspert bildirib ki, banklar sistemdən müştəri portfelinə baxırlar.

Bir neçə kredit kartı olan, ödənişini gecikdirməyən müştərilərə daha çox limiti olan kredit kartı ayırırlar.  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
50
qaynarinfo.az

10Sources