EN

Bu, prezident Donald Trampın qərarıdır...

ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanəti NATO üzvlüyünü istisna edir və ABŞ qoşunlarının Ukrayna ərazisinə köçürülməsi demək deyil.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox News”a müsahibəsində deyib.

...Nəhayət, bu, prezident Donald Trampın qərarıdır. Bir çox cəhətdən bu, komandanlıq və nəzarət ola bilər. Bunun mütləq Amerika qoşunları olması şərt deyil.

Bunu Uitaker deyib.

ABŞ prezidentinin xüsusi elçisi Steve Uitkoff daha əvvəl bəyan etmişdi ki, ABŞ və Rusiya Kiyev üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər.

Əli Babayev

Chosen
1
10
sia.az

10Sources