EN

Fransa bir müddət əvvəl saxlanılmış azərbaycanlı uşaqların Almaniyaya qaytarılmasına razılıq verib

Paris, 18 avqust, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi ölkə vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb.

AZƏRTAC məlumatı təqdim edir: “Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Həmin uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə bu ölkənin hüquqları müstəvisində müvafiq tədbirlər görüləcək.

Hazırda həm Azərbaycanın müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcək.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə belə hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş edilir. Səfirliyin məsələ ilə bağlı əvvəlcədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır.

Chosen
5
21
azertag.az

10Sources