EN

“İnter” sabiq qapıçısı üçün hərəkətə keçdi

“Mançester Yunayted”in qapıçısı Andre Onananın karyerası yenidən İtaliyada davam edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “İnter” keçmiş oyunçusunu geri almaq niyyətindədir. Milan klubu yaxın vaxtlarda kamerunlu qolkiperin transferi üçün İngiltərə təmsilçisinə rəsmi təklif təqdim etməyə hazırlaşır.

“Qırmızı şeytanlar”ın baş məşqçi Ruben Amorim Premyer Liqanın ilk turunda “Arsenal”a qarşı görüşdə 29 yaşlı qapıçıya etimad göstərməyib.

Xatırladaq ki, “Mançester Yunayted” Onananı 2023-cü ilin yayında “İnter”dən 50 milyon avroya heyətinə qatmışdı.

Chosen
45
20
idmanxeber.az

10Sources