Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarında baş verib. 1971-ci il təvəllüdlü Asif Səlimov qardaşı Vüqarın yaşadığı mənzilin qonaq otağında tanışı Nemət Xudiyevlə (ad-soyadlar şərtidir – red.) yemək yeyib, spirtli içki qəbul edib.
Bu zaman N. Xudiyev sərxoş halda onun ünvanına nalayiq ifadələr işlədib və onlar arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs stulun üzərindən götürdüyü mətbəx bıçağı ilə bir dəfə zərərçəkmiş şəxsin döş nahiyəsinə vurub.
Hadisəni törədən A. Səlimovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2025-ci il yanvar ayının əvvəllərində Şirvan şəhərindən Bakıya gəlib, qardaşları və bacısıgildə qalıb: “Hadisə günü saat 15-16 radələrində yüngül bazarlıq etdim, 1.7 litr qrafinkada araq alaraq qardaşım Vüqarın yaşadığı mənzilə gəldim. Biz görüşdükdən sonra yemək yeməyə oturdum. Bir az sonra isə qardaşımın dostu Nemət də gəldi. Biz birlikdə oturduq, araq içərək yemək yeməyə davam etdik. Təxminən saat 17:00-da zərərçəkmiş şəxs içkili vəziyyətdə heç bir səbəb olmadan məni söydü. Qardaşım bir neçə dəfə ona irad bildirsə də, zərərçəkmiş söyüşlərinə davam etdi. Mən də onun içkili vəziyyətdə olmasını nəzərə alaraq sakitləşdirməyə çalışdım. Lakin mənə və qardaşıma məhəl qoymayaraq ağır söyüşlərlə təhqir etməyə davam etdi. Zərərçəkənin ağır söyüşlərinə dözmədim, stulun üstündəki bıçağı götürərək onun çiynindən yuxarıdan aşağıya doğru bir zərbə vurdum. Bu zərbədən sonra zərərçəkmiş ayağa qalxaraq bizi söyə-söyə getdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən N. Xudiyevin sözlərinə görə, Vüqarı uzun müddətdir tanıyıb: “Vüqar tək yaşadığından arabir onun yanına gedib-gəlirdim. Bu müddətdə də qardaşı Asif ilə tanış oldum. Biz tez-tez Vüqarın evində yeyib-içmişik, münasibətlərimiz yaxşı olub. Hadisə günü təxminən saat 16:00-da dostuma baş çəkmək üçün evinə getdim. Bu zaman qapını Asif açdı, yemək yediklərini bildirərək məni süfrəyə dəvət etdi. Mən də təklifi qəbul etdim və evə keçdim. Vüqarla görüşərək yemək yeməyə başladıq. Yemək masasının üstündə 1,7 litrlik şüşədə araq olub. Həmin arağı içərkən, təxminən saat 17:00-da içkili olduğu üçün Asifi söyməyə başladım. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin vaxt təqsirləndirilən şəxs stulun üstündəki bıçağı götürərək mənim sol tərəfimdən, çiynimin aşağı hissəsindən vurdu. Zərbədən sonra çiynimi tutaraq gödəkçəmi geyindim. Bu zaman təqsirləndirilən şəxs heç yerə getməməyimi, özünün məni xəstəxanaya aparacağını bildirdi. Həmin sözə məhəl qoymayaraq getdim. Yolda “Gədəbəy” kafesinin yuxarısında təcili tibbi yardıma zəng etdim. Öz yerimi izah edərək yolun kənarında əyləşdim, təcili yardım maşının gəlməsini gözlədim. Təxminən 20 dəqiqədən sonra təcili yardım maşını gələrək məni Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya apardı. Orada məni dərhal əməliyyat etdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A. Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
10Sources
-
demokrat.azBakıda 54 yaşlı kişi qardaşının evində içki məclisi qurdu, tanışını bıçaqladı ( 20463387)
-
demokrat.azYol polisi sürücülərə müraciət etdi ( 20441124)
-
yeniavaz.comYol polisindən sürücülərə müraciət ( 20438712)
-
demokrat.azDələduzların yeni üsulu: Taksi sürücülərinə tələ qururlar — VİDEO ( 20432742)
-
yeniavaz.comYol polisi sürücülərə müraciət etdi ( 20403708)
-
demokrat.azHövsanda sərxoş kişi arvadına xəsarət yetirdi ( 20378406)
-
demokrat.az36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə... ( 20351061)
-
demokrat.az36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə... ( 20351049)
-
demokrat.azMüğənni Səfər niyə öldürüldü? — TƏFƏRRÜAT (VİDEO) ( 20324931)
-
demokrat.azRusiyada azərbaycanlı sürücünü öldürüb Bakıya qaçdı, narkotiklə yaxalandı ( 20322807)