EN

Aİ liderləri fövqəladə sammit keçirəcəklər

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra, avqustun 19-da Avropa İttifaqının (Aİ) konfrans rejimində fövqəladə sammiti keçiriləcək.

Bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta "X" sosial şəbəkəsində məlumat verib.

"Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam", - Koşta yazıb.

O həmçinin Aİ və ABŞ-nin Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq məqsədilə çalışacaqlarına ümid etdiyini bildirib.

Chosen
16
46
demokrat.az

10Sources