EN

Ceykob Remzi “Nyukasl”da – 45 milyon avroluq transfer!

İngiltərənin “Aston Villa” klubunun mərkəz yarımmüdafiəçisi Ceykob Remzi bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Nyukasl”ın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub bu transferi 45,15 milyon avroya rəsmiləşdirib. 24 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. O, yeni komandasında 41 nömrəli formanı geyinəcək.

Ceykob Remzi “Aston Villa”nın yetirməsidir. O, bir müddət “Donkaster Rovers”də icarədə də olub. Yarımmüdafiəçi karyerası ərzində 240 oyuna çıxaraq 44 qol vurub və 30 qolun ötürməsini edib. Remzinin “Aston Villa”nın əsas komandasındakı göstəriciləri isə belədir – 167 oyun, 17 qol, 19 assist.

Remzi İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

Chosen
50
6
arena.az

10Sources