EN

Trampdan görüşlə bağlı AÇIQLAMA: Mən nə etdiyimi...

Ajans.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yazıb. Tramp bildirib ki, məqsədi müharibəni daha da uzatmaq yox, dayandırmaqdır. “Bütün bu yüngül çəkili və paxıl tənqidçilərə baxmayaraq, mən bunu həll edəcəyəm – həmişə etdiyim kimi!” - Tramp əlavə edib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq. "Təhlükəsizliyə gəlincə, çox kömək olacaq, çox kömək olacaq. Onlar, ilk müdafiə xəttindədirlər, çünki oradadırlar, amma biz də onlara kömək edəcəyik. Biz bu prosesdə iştirak edəcəyik”, - Tramp vurğulayıb.
Chosen
62
50
Ajans.az

10Sources