EN

Zelenski: Müharibəni bitirmək üçün diplomatik yollar tapmağa hazırıq

BAKI, 18 avqust. TELEQRAF

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün diplomatik yollar tapmağa hazırıq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezident Volodimir Zelenski deyib.

O, ABŞ, Ukrayna və Rusiya liderləri arasında üçtərəfli görüş istədiyini yenidən diqqətə çatdırıb.

Zelenski Ukraynanın sülh sazişində "xəritələri yenidən çəkməyə" hazır olub-olmaması və ya "Ukrayna əsgərlərinin daha bir neçə il ərzində ölümə göndərməyə davam edib-etməyəcəyi" ilə bağlı sualları birbaşa cavablandırmasa da, Tramp administrasiyasının müharibəni dayandırmaq səylərini müsbət qiymətləndirdiyini söyləyib.

O bildirib ki, Ukrayna Rusiyanın gündəlik hücumları ilə yaşamq məcburiyyətində qalır və buna misal olaraq ötən gecə Xarkova endirilən zərbəni xatırladıb.

"Biz bu müharibəni, Rusiyanı dayandırmalıyıq. Bunun üçün bizə amerikalı və avropalı tərəfdaşlarımızın dəstəyi lazımdır", - o söyləyib.

"Biz ABŞ-nin – şəxsən Prezident Trampın – bu müharibəni dayandırmaq, bu müharibəni diplomatik yolla bitirmək ideyasını dəstəkləyirik", - o deyib.

Zelenski həmçinin Tramp və Putin arasında üçtərəfli sammitə hazır olduğunu bildirib.

Chosen
7
50
teleqraf.com

10Sources