EN

Tramp və Vladimir Zelenski arasında görüş keçirilir –FOTO

Ağ Evdə Donald Tramp və Vladimir Zelenski arasında görüş keçirilir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayıb.

“Ukrayna hesab edir ki, Avropanın maliyyəsi hesabına Ukrayna Silahlı Qüvvələrinin silahlandırılması təhlükəsizlik zəmanətinin bir hissəsi ola bilər”.

Bunu ölkə Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə bildirib.

“Bu yalnız müharibə üçün və özümüzü müdafiə etmək üçün deyil. Bu həm də təhlükəsizlik zəmanətinin bir hissəsi olacaq. Ordumuzu gücləndirmək, onu yenidən silahlandırmaq üçün. Bu isə nə qədər vəsaitə ehtiyacımız olmasından asılıdır,” – deyə Zelenski vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması uzunmüddətli olmalıdır.

Bu barədə Tramp Volodimir Zelenski ilə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz əmin olmaq istəyirik ki, sülh əldə olunarsa, o, uzunmüddətli olsun. Biz iki il davam edən, sonra yenidən xaosa çeviriləcək sülhdən danışmırıq. Biz istəyirik ki, hər şey düzgün olsun,” – deyə Tramp vurğulayıb.

AzPost.az

Chosen
40
50
azpost.info

10Sources