EN

Rusiya XİN: NATO qoşunlarının Ukraynaya göndərilməsi qəbuledilməzdir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva NATO ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsinə qarşı çıxır.

“Ukraynada NATO qoşunlarının peyda olması ilə bağlı istənilən ssenari qəbuledilməzdir və münaqişənin nəzarətsiz eskalasiyasına gətirib çıxara bilər”, – deyə Zaxarova jurnalistlərə açıqlamasında vurğulayıb.

Diplomat əlavə edib ki, Rusiya Böyük Britaniyanı “Rusiya və ABŞ danışıqlarına mane olmamağa” çağırır. Onun sözlərinə görə, London Moskva ilə Kiyev arasında müharibənin nizamlanmasında maraqlı deyil.

//Samir Qurbanov, Editor.az

Chosen
12
50
editor.az

10Sources