Gəncədə ağır yol qəzası baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub.
Qəza nəticəsində 1 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.