EN

Pezeşkian İrəvanda namaz qıldı

BAKI, 19 avqust. TELEQRAF

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı tarixi Göy Məsciddə namaz qılıb.

Teleqraf “Qafqazinfo” xəbər verir ki, bu haqada “Mehr” xəbər agentliyi məlumat yayıb.

Pezeşkian səfərdən öncə Zəngəzur dəhlizi ilə bağlı suala cavab olaraq bildirib ki, İran Amerika şirkətlərinin regionda mövcudluğundan narahatdır və Ermənistan rəsmiləri ilə bu məsələni müzakirə edəcək.

Chosen
93
1
teleqraf.com

2Sources