“Uzun fasilədən sonra meydana çıxmaq xüsusi bir hiss idi.
Açığı, bu qədər oynamadıqdan sonra nələrin olacağını özüm də çox maraqla gözləyirdim”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin kapitanı Murad Musayev deyib.
Bir illik fasilədən sonra yenidən Premyer Liqada yaşıl meydna qayıdan müdafiəçi “Karvan-Yevlax”la 1:1 bitən qarşılaşmanı şərh edib.
“Məncə, pis alınmadı. Ümumiyyətlə, komandanın çıxışı yaxşı idi. Maraqlı, dinamik və baxımlı futbol sərgilədik.
Həm mübarizə baxımından, həm də oyuna yanaşma cəhətdən razı qaldım. Təbii ki, çatışmazlıqlar var, amma ilk oyun üçün qənaətbəxş idi.
“Karvan–Yevlax”la görüşdə kifayət qədər qol imkanlarımız oldu. Təəssüf ki, şanslarımızı dəyərləndirə bilmədik.
Əgər imkanlardan yararlansaydıq, hesab 4:0 da ola bilərdi. Oyunun ağır keçməsi də gözlənilən idi, çünki rəqib çox istəkli və motivasiyalı idi.
Ədalətli danışmaq lazımdırsa, bu oyunda həm 1 xal qazandıq, həm də 2 xal itirdik. Qələbə qazana biləcək gücümüz var idi, sadəcə, son nöqtəni qoymaq alınmadı”.