EN

Merts: Putin və Zelenski arasında görüş iki həftə ərzində baş tuta bilər

Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş növbəti iki həftə ərzində təşkil oluna bilər.

APA xəbər verir ki, Merts bunu Vaşinqtonda, Ağ Evdəki görüşlərdən sonra jurnalistlərə açıqlayıb.

Kansler əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Avropa liderləri və Zelenski ilə Vaşinqtondakı görüşləri zamanı qısa fasilə olub:

"Bu vaxt ABŞ Prezidenti Rusiya Prezidenti ilə telefon danışığı aparıb və növbəti iki həftə ərzində Rusiya və Ukrayna prezidentlərinin görüşünü razılaşdırıb.

Görüşün yeri isə hələ müəyyən edilməlidir", – deyə Merts bildirib.

Chosen
11
apa.az

1Sources