EN

Yağmursuz, küləkli hava...

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Hidrometeorologiya Xidmətindən ve­rilən məlumata görə, bu gün Bakıda və Abşe­ron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Yarımadada cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gün­düz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağ­mursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Avqustun 19-da Abşeron çimərliklərində cə­nub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, Cənub çimərliklərində (Tür­kan, Hövsan, Sahil, Şıx)isə 26-27 dərəcə isti olacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
1
xalqqazeti.az

2Sources