ABŞ-dan Ukraynaya silah tədarükləri davam edəcək və bu tədarüklərin maliyyələşdirilməsini Avropadakı NATO tərəfdaşları üzərinə götürəcək.
APA xəbər bunu NATO-nun baş katibi Mark Rütte “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bu, həm Amerika orta təbəqəsi, həm də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, ABŞ-dan Ukraynaya ölümcül silahların axınının davam edəcəyi deməkdir”, – deyə Rütte vurğulayıb.