EN

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırlıqların başladığını açıqlayıb

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli görüşə hazırlıq başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O, Putinə zəng etdiyini və Rusiya lideri ilə Zelenski arasında görüş üçün hazırlıqlara başladığını bildirib. Trampın sözlərinə görə, mümkün görüşün yeri hələ müəyyən edilməyib. ABŞ prezidenti dövlət başçılarının görüşündən sonra üçtərəfli danışıqların aparılacağını dəqiqləşdirib.

Avqustun 19-da Axios portalı iki məlumatlı mənbəyə istinadən Trampın Putinlə telefon danışığı apardığını yazıb. Məlumatına görə, Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü dayandırıb. Lakin Ağ Ev bu məlumatı təsdiqləməyib.

Poliqon.info 

Chosen
23
50
poliqon.info

10Sources