EN

Bu klubdan qeyri-adi yaş rekordu: Bütün futbolçular…

Fransa Liqa 1-in ilk turunda “Strasburq” tarixə düşüb.

Publika.az xəbər verir ki, klubun heyətində meydana çıxan bütün start oyunçuları XXI əsrdə dünyaya gəlmiş futbolçular olub. Bu barədə “Derechadiario” məlumat yayıb.

Beləliklə, “Strasburq” Avropanın aparıcı liqaları arasında yalnız 2000-ci ildən sonra doğulmuş oyunçulardan ibarət start heyətini meydana buraxan ilk komanda kimi qeydə alınıb. Baş məşqçi Liam Rosenyorun gənclərə güvəni nəticə verib – 22 yaşlı Xoakin Panicelli oyunun sonlarında “Mets”in qapısına qələbə qolunu vurub (1:0).

Komandanın orta yaşı 21-dir. Əksər futbolçular 18-23 yaş aralığındadır. Yeganə istisnalar isə 35 yaşlı isveçli qapıçı Karl-Yohan Jonsson və 30 yaşlı ukraynalı Eduard Sobol olub.

Chosen
7
44
publika.az

10Sources