EN

İki sərbəst güləşçimiz dünya çempionatında bürünc medal QAZANDI

Ajans.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb. Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0. Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib.

Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.

Chosen
105
Ajans.az

1Sources