EN

115 illik futbol klubu MÜFLİSLƏŞDİ

Yazını böyüt
Yazını kiçilt

Fransada uzun müddətdir fəaliyyət göstərən "Ayaçço" futbol klubu ağır maliyyə böhranı səbəbindən rəsmi olaraq müflis kimi tanınmaq üçün müraciət edib.

Hafta.az xəbər verir ki, klubun xəzinəsindəki 13 milyon avroluq böyük kəsiri ödəyə bilməməsi bu qərara səbəb olub. "Türkiye Gazetesi" yazır ki, Fransanın 2-ci Liqasının məşhur komandalarından olan "Ayaçço" yığılmış borcları səbəbindən iflas proseduruna başlayıb.

115 illik tarixi olan klub borc yükünü daşıya bilməyib. İflas ərizəsi klubun gələcəyini ciddi şəkildə təhlükə altına qoyub.

Chosen
4
2
hafta.az

2Sources