Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Vaqif küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək yoldan çıxıb.
Nəticədə Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.