Misli Premyer Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Misli Premyer Liqası
1-ci dövrə, I tur
19 avqust
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.