EN

Gəncədə maşın aşdı - Sürücü öldü

Gəncədə ağır nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Unikal-ın məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində baş verib. Belə ki, Şirvan şəhər sakini 1989-cu il təvəllüdlü Tural Qənbərov idarəetdiyi "Toyota Rav 4" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxıb. Hadisə nəticəsində avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsız vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – "Chevrolet" və "Mercedes-ə" çırpılıb. Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb. Ağır qəza zamanı "Toyota"nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Xatırladaq ki, qəzada ölən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.


Chosen
93
5
news24.az

4Sources